Bakının Xəzər rayonu, Türkan qəsəbəsində bıçaqlanma baş verib. Bu haqda bu gün, 14 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Mübahisə avtoyuma məntəqəsinin işçisi və 30 yaşlı Əfqan İsmayılov arasında baş verib. Nəticədə İsmayılov bıçaqlanıb və ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.