Bakının Yasamal rayonu, “Üç Tac” yaşayış kompleksinin yaxınlığında olan gölün ətrafında mütəmadi olaraq narkotik aludəçiləri toplaşırlar. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az “Bakı Gündəliyi” Facebook səhifəsinə istinadən məlumat verir.
Ərazi boş olduğuna görə zibillənir, orada yığışan narkomanları da tez-tez görmək olar.
Sakinlər hesab edirlər ki, gölün ətrafı ictimai məkana çevrilməyincə belə halların qarşısını almaq çətin olacaq.
Əvvəllər gölün sahilində karxana olub. İki il əvvəl bu gölü qurutmaq, yerində hündürmərtəbəli binalar tikmək istəyənlər var idi. Sakinlərin etirazından sonra işlər dayandırılmışdı və ərazidə parkın salınması planlaşdırılırdı.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/11/fb-7-1.mp4"][/video]