Tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı Orxan Məmmədli intihar edib. Bu haqda bu gün, 17 oktyabr tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən məlumat verir.
İş adamı kimi tanınan Məmmədlinin özünü çalışdığı ofisdə asdığı bildirilir. İddialara görə, o, borcu olduğu üçün həyatına qəsd edib. Faktla bağlı araşdırma aparılır.
Cütlüyün iki uşağı var. Mərhum Su İstehlakçıları Birliyinin sədri Dövlətxan Məmmədovun oğludur.