Bakının Yasamal rayonu, Tbilisi prospektində piyada səkisi yoxdur. Bu haqda bu gün, 26 fevral tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Səkinin bir hissəsi hasarla, qalanı isə işıq dirəkləri, ağaclar, eləcə də işıqfor və yol nişanları ilə zəbt olunub. Bu səbəbdən piyadalar nəqliyyat axını böyük olan prospektdə avtomobil yolu ilə hərəkət etməyə məcbur olurlar.