Bakıda tibbi avadanlıq satan dələduz tutulub. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Xətai rayonunda keçirilən əməliyyat nəticəsində 43 yaşlı Ramin Məhərrəmov saxlanılıb. O, ölkəyə müxtəlif təyinatlı tibbi avadanlıqlar gətirəcəyi vədi verərək müxtəlif insanlara qarşı dələduzluq etməkdə şübhəli bilinir.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam edir.