Bakının Sabunçu rayonunda narkotacir saxlanılıb. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Keçirilən tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 44 yaşlı Altay Ağaəliyev saxlanılıb. Onda 4 kiloqram heroin aşkar edilib.
Altay Ağaəliyev heroini ölkəyə idarə etdiyi iritonnajlı yük maşını (TIR) ilə gətirdiyini bildirib. O, narkotikləri ayrı-ayrı ünvanlara çatdıraraq, pul qazanmaq niyyətində olduğunu vurğulayıb.
Faktla bağlı araşdırma aparılır.