Tofiq Bəhramov adına Respublika stadionunda dam örtüyünün bərpası zamanı bədbəxt hadisə baş verib. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Bu gün səhər saatlarında uçan tavanı təmir etmək üçün dama çıxan fəhlə təsadüfən yıxılıb. O, betona və oturacaqlara çarpılaraq ağır xəsarətlər alıb. Zərərçəkmiş dərhal xəstəxanaya çatdırılıb.
Məsələ ilə bağlı stadionun direktoru Tələt Məmmədovla əlaqə saxlamaq mümkün olmayıb.