Bakıda toy karvanının iştirakçıları avtoxuliqanlıq ediblər. Bu haqda Bakuplus.az 5 iyul tarixində Avtosfer.az-a istinadən məlumat verir.
Hadisə paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsindəki körpünün üzərində baş verib. Toy karvanında iştirak edən 6-7 sürücü dairəvi hərəkət təşkil edilmiş yolayrıcında yolu kəsib müxtəlif manevrlər ediblər.
Yayılan videoda yalnız 77-EZ-441 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin nömrəsi aydın görünür.
[video width="720" height="1280" mp4="https://bakuplus.az/storage/photos/2023/07/16885043091.mp4"][/video]