Bakının Xətai rayonunda qəza olub. Bu haqda bu gün, 17 aprel tarixində Bakuplus.az xəbər verir.
Hadisə səhər saatlarında baş verib. “Toyota” markalı avtomobil yolda dayanan “Shacman” yük maşınına çarpılıb. Nəticədə 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri həmin vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər.