Bakının Xətai rayonu, "Ukrayna" dairəsində gecə saatlarında xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 30 may tarixində APA məlumat verib.
"Chevrolet", "Opel" və "Toyota Prius" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Chevrolet"də olan sərnişin xəsarət alıb. Avtomobillərə ziyan dəyib.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunublar. Yaralı şəxsə ilkin təcili tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_101828" align="alignnone" width="640"]
Foto Apa.az saytı[/caption]