Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində silah tapılıb. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri keçirilib. Nəticədə ərazidə Akif Əliyevə məxsus ov tüfəngi, “Vinçester” markalı silah və ümumi çəkisi 80 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.