Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində taksi sürücüsü sərnişin tərəfindən hədələnib. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər narkotik üstündə məhkum olmuş Tərlan Qasımov adıçəkilən qəsəbədə “Prius” markalı nəqliyyat vasitəsinin sürücüsünü bıçaqla hədələyib və onun pulunu oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.