Batan şəxsin nəzarət olunan sularda 1 km aralıda tapılıb. Onun cəsədi aidiyyəti üzrə təhvil verilib.
10:26 - Şüvəlanda 1 nəfər dənizdə batıb
Xəzər rayonunda 1 nəfər dənizdə batıb. Bu haqda bu gün, 28 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Şüvəlan qəsəbəsində baş verib. 1 nəfər çimərlikdən 3 km aralıda çimən zaman batıb. Əraziyə FHN-in əməkdaşları cəlb olunublar.
Hazırda axtarışlar davam edir.