Xəzər rayonunda dənizdə 4 nəfər batıb. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Şüvəlan qəsəbəsində, nəzarət olunan sulardan 2 km aralıda baş verib. 4 nəfər dənizdə çimən zaman batıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Onlar 4 nəfərin hamısının meyitini taparaq aidiyyəti üzrə təhvil veriblər.