Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində evdən 7000 manat dəyərində oğurluq edilib. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, evin həyətindəki saxlanc yerindən 7000 manat dəyərində məişət əşyaları, heykəltaraşlıq avadanlıqları və təmir alətləri oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Abbas Əliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.