Bakının Xəzər rayonu, Şüvəlan çimərliyində bir nəfər boğulmaqdan xilas edilib. Bu haqda məlumatı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti 20 iyun axşam saatlarında verib.
Xilasetmə əməliyyatı FHN xilasetmə məntəqəsinin əməkdaşları tərəfindən aparılıb.
Həmçinin, ötən gün Abşeron rayonu, Novxanı kəndinin nəzarətsiz ərazisində dənizdə bir nəfər batıb.