Xəzər rayonunun Şüvəlan qəsəbəsində evdən oğurluq edilib. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Tural Quliyev adıçəkilən qəsəbə ərazisində yerləşən evlərin birindən 3400 AZN dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı arşadırmalar davam edir.