Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində gənc oğlan nəzarətsiz ərazidə çimərkən batma təhlükəsi ilə üzləşərək xilas edilib. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
FHN-in əməkdaşları əraziyə gələrək 21 yaşlı Kamran Quliyevi xilas ediblər. O, həkim briqadasına təhvil verilib.