Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 31 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Ağsu rayon sakini Nicat Quliyev saxlanılıb.
O, bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.