Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində yeniyetmə qəzaya uğrayıb. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
14 yaşlı Hüseyn Hüseynli idarə etdiyi motosikletlə avtomobilə çarpılıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.