Bakıda və ölkə ərazisində silahların təhvil verilməsi davam edir. Bu haqda bu gün, 19 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat, 2 patron darağı, 48 ədəd müxtəlif çaplı patron və 18 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.
Profilaktik tədbirlər davam etdirilir.