“Vosmoy” bazarında kişi öz həyat yoldaşını bıçaqlayıb. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
36 yaşlı Pənah Şükürov arvadı ilə “8-ci kilometr” bazarında alış-veriş edən zaman aralarında mübahisə yaranıb. Nəticədə o, 32 yaşlı A.Şükürovanı bıçaqlayıb.
Qadın xəstəxanaya yerləşdirilib, P.Şükürov saxlanılıb.