Paytaxtda külli miqdarda narkotik aşkarlanıb.
Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 49 yaşlı A.Quliyev saxlanılıb. Ondan külli miqdarda marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.