Səbail rayonu, Şıx çimərliyində 1 nəfər dənizdə batıb. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
31 yaşlı Röyal Hüseynov dənizdə çimən zaman boğulmağa başlayıb. Nəticədə o, suda batıb. Xilasedicilər onun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.