Səbail rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 17 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Şıx qəsəbəsinin eyniadlı çimərliyində baş verib. Astara rayon sakini Kamil Zahidov içərisində 950 AZN pul, bank kartları və sənəd olan pulqabını oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.