Bakı çimərliyində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə Səbail rayonunda yerləşən Şıx çimərliyində baş verib. Bakı şəhər sakini Qüdrət Sultanov bir nəfərin içərisində pulu, mobil telefonu, qulaqlıq, qol saatı, bank kartları və sənədləri olan çantasını oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırma aparılır.