Paytaxtın Xətai rayonu, Günəşli qəsəbəsi, D massivində avtoqəza baş verib. Bu haqda bu gün, 31 mart tarixində Bakuplus.az xəbər verir.
“Subaru” markalı nəqliyyat vasitəsi ilə “Opel” markalı avtomobil toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub, iki nəfər - ata və qızı xəstəxanaya yerləşdiriliblər.
Araşdırmalar davam edir.