Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində daha bir narkotik alverçisi tutulub. Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakini Tariyel Quliyevin üzərində və yaşadığı evdə ümumilikdə 5 kiloqrama yaxın heroin aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam edir.