Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 18 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
İlkin məlumata əsasən çoxmərtəbəli binanın şaxtasında kabellər alışıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.