Paytaxtın Xətai rayonu, M.Hadi küçəsində ofisdən oğurluq edilib. Bu haqda bu gün, 28 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakini Mikayıl Səlimov ofisdə yerləşən dolabdan içərisində 3000 manat və 850 ABŞ dolları olan pulqabını oğurlamaqda şübhəli bilinir. Saxlanılan zaman onun üzərindən heroin də aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.