Paytaxtın Xətai rayonu, İ.Orucov küçəsində yaşayış binası yanıb. Bu haqda bu gün, 17 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
İkimərtəbəli tikilinin ikinci mərtəbəsində, mənzildə alışma baş verib. Yanğına səbəb elektrik xəttindəki qısaqapanma olub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.