Bakının Xətai rayonu, 8 Noyabr prospektində yeniyetmə qız itkin düşüb. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Hadisə ilə bağlı qızın anası Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edib. Əldə olunan məlumata əsasən, onunla birlikdə yaşayan 15 yaşlı R. Abbasova axşam saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun axtarışları aparılır.