Bakının Xətai rayonunda mənzillərin birindən oğurluq edilib. Bu haqda bu gün, 29 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, mənzildən 17.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikəri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Faiq Cavadov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.