Xətai rayonunda tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub. Bu haqda 5 may tarixində Report məlumat verib.
Ötən ilin sentyabr ayında Əhmədli qəsəbəsində 21 yaşlı Vüqar Rəsulov dava zamanı 17 yaşlı Riad Babayevi bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Rəsulov saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin “Qəsdən sağlamlığa zərər vurma” maddəsi ilə cinayət işi açılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Rəsulov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.