Bakının Xətai rayonunda yeniyetmə oğlan itkin düşüb. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Yanvarın 28-də səhər saatlarında 17 yaşlı Aqil Məmmədov yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Hadisə ilə bağlı polisə müraciət olunub, axtarışlar davam edir.