Paytaxtın Xətai rayonunda narkotik alverinə qarşı növbəti əməliyyat keçirilib. Bu haqda bu gün, 30 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən tədbirlər zamanı 15 nəfər saxlanılıb, ümumilikdə 2 kiloqrama yaxın heroin, marixuana, tiryək və metamfetamin aşkarlanıb.
Onlardan 4 nəfərin yaşadıqları evlərində narkotiklərin istifadəsi üçün şərait də yaratdıqları məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb.