Bakının Xətai rayonunda gənc oğlanı avtomobil vurub. Bu haqda bu gün, 16 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
20 yaşlı Elnur Mustafayev yolu keçən zaman onu avtomobil vurub. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.