Bakıda piyadanı avtomobil vurub. Bu haqda 10 may tarixində APA məlumat verib.
Metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında 33 yaşlı Vasif Vəliyev yolu keçərkən onu minik avtomobili vurub. Yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.