Bakının Xətai rayonunda uşağın xəsarət alması ilə nəticələn yol qəzası baş verib. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
4 yaşlı N.Bayramlı yolu keçən zaman onu avtomobil vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.