Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
43 yaşlı Zaur Quliyev yolu keçən zaman onu avtomobil vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.