Bakıda bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az 5 fevral tarixində xəbər verir.
Paytaxtın Xətai rayonunda yerləşən kafelərdən birində 44 yaşlı Namiq Bayramov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Xəstəxanaya çatdırılan yaralıya sol qulaq seyvanının, alın nahiyəsinin və döş qəfəsinin orta səthinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.