Bakıda qadını avtomobil vurub. Bu haqda 30 aprel tarixində APA məlumat verib.
Həzi Aslanov stansiyasının yaxınlığında 66 yaşlı İradə Əhmədova yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçən zaman onu minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.