Paytaxtın Xətai rayonunda mənzildən qadın meyiti aşkarlanıb. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
FHN-in əməkdaşları bağlı qapını qıraraq mənzilə daxil olublar və orada 81 yaşlı Səmayə Məmmədovanın cansız bədənini aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.