Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində ağır yol qəzası baş verib. Bu haqda bu gün, 20 yanvar tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Gecə saatlarında “BMW” markalı avtomobil “Toyota Prius” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Zərbənin gücündən “Prius” aşıb və tamamilə yararsız vəziyyətə düşüb.
Verilən məlumata əsasən, qəza nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.