Arvadını öldürən, eləcə də qayınanası və qaynını yaralayan şəxs məhkəmə qarşısına çıxarılır. Bu haqda 15 iyun tarixində APA məlumat verib.
Xətai rayonunda fevralın 25-də Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədovaya, qaynı Heydər Hacıyeva və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib. Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinə hakim Azər Paşayev baxacaq.