Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsində piyada xəsarət alıb. Bu haqda bu gün, 9 iyun tarixində Report məlumat verib.
21 yaşlı Nəzrin Əhmədli yolu keçərkən onu avtomobil vurub. Yaralı qız müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.