Bakının Xətai rayonu, Neapol küçəsində yol qəzası baş verib. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Hyundai” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edən zaman idarəetməni itirirək işıqfora çarpılıb. Nəticədə nəqliyyat vasitəsi işıqforu yerindən qoparıb.
Ərazidə olan şahidlərin sözlərinə görə, sürücü hadisədən sonra qəza yerini tərk edib. Avtomobilə və yol infrastrukturuna maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_115447" align="alignnone" width="640"]
Foto APA[/caption]