Paytaxtın Xətai rayonu, “Ukrayna dairəsi” adlanan ərazidə avtoqəza baş verib. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
27 yaşlı Ceyhun Nurullayev yolu keçən zaman onu avtomobil vurub. Ağır xəsarətlər alan yaralı xəstəxanaya çatdırılıb. O, kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib.
Təfərrüatlar araşdırılır.