Xətai rayonunda yaşlı kişi avtomobil vurması nəticəsində ağır xəsarət alıb. Bu haqda 18 aprel tarixində Report məlumat verib.
Neapol dairəsində avtomobil yolu keçən 59 yaşlı Rafiq Mütəllimovu vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.