Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Piyada avtomobil yolunu keçən zaman nəqliyyat vasitəsi onu vurub. Nəticədə piyada bir neçə metr kənara atılıb. Hadisənin baş verdiyi ərazidən bir neçə metr aralıda, həmçinin piyada keçidi mövcuddur.
Faktla bağlı araşdırma aparılır.